Agentlik sədri saxta diplomlarla bağlı tələbələrə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Bəzi vətəndaşlar vaxtilə aldadılaraq etibarsız sənədlərlə ali
təhsilli olduqlarını zənn ediblər.

Trend xəbər
verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə
Heyətinin sədri Tural Əhmədov media üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, təkcə dünən bu istiqamətdə aldadılmış iki
vətəndaşla görüş keçirilib:




“Ali təhsil seçimi olduqca vacib qərardır və bu zaman əsas
diqqət sənədə deyil, şəxsin bilik, bacarıq və səriştəsinə
yönəlməlidir. İşəgötürənlər üçün diplomların yoxlanılması və
qiymətləndirilməsi üçün metodik mexanizmlər hazırlanıb və müvafiq
sənədlərdə əksini tapıb. Məqsəd bu mövzuda cəmiyyətin
maarifləndirilməsi və vətəndaşların daha diqqətli davranmasını
təmin etməkdir. Son dövrlər “MyGov” portalında kvalifikasiyanın
görünməməsi ilə bağlı müraciətlər çoxalıb. Vətəndaş diplomunun
sistemdə əks olunmadığını gördükdə şübhələnərək bizə müraciət edir
və araşdırma nəticəsində məlum olur ki, həmin şəxs saxta sənədlə
aldadılıb”, – deyə bildirilib.

Agentlik sədri qeyd edib ki, pozuntu halları aşkarlandıqda isə
hüquqi-prosessual qaydada aidiyyəti üzrə müvafiq orqanlara müraciət
edilir:

“Bu baxımdan həm vətəndaşların, həm də işəgötürənlərin daha
ehtiyatlı davranması tövsiyə olunur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir