Türkiyədə Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvü saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyədə xüsusi xidmət orqanları Yeni il bayramı ilə bağlı
kütləvi tədbirdə terror aktı törətməyi planlaşdıran İŞİD üzvünü
həbs edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İbrahim Burtakuçin adlı həmin şəxs polis və
əks-kəşfiyyat idarəsi əməkdaşlarının Malatya şəhərində birgə
keçirdiyi əməliyyatın gedişində saxlanılıb.




Ünvanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı adı çəkilən
şəxsə aid İŞİD təbliğatına aid rəqəmsal materiallar və qadağan
olunmuş nəşrlər aşkarlanıb. Müsadirə olunan materiallar arasında
İŞİD-ə aid proqram təminatları, İŞİD bayrağı ilə bağlı görüntürlə,
həmçinin İŞİD sıralarına qoşulmağa təşviq edən təbğliğat xarakterli
audifayllar və s. əyani sübutlar yer alır.

Xatırladaq ki, dekabrın 25-də İstanbul polisi bayram günlərində
ölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinən 115 nəfəri
saxlamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir