KOBİA Şirvan rayonunda sahibkarlarla görüş keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf
etdirilməsi istiqamətində müzakirələr aparılıb, fikir və təklifləri
dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə
kənd təsərrüfatı, sənaye, heyvandarlıq sahələrində fəaliyyət
göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının
nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şirvan
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda sahibkarlıq
fəaliyyəti və əlverişli işgüzar mühit, dövlətin həyata keçirdiyi
dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı
məlumat veriblər. Dövlət-sahibkar əməkdaşlığı platforması
çərçivəsində keçirilən tədbirdə rayonun sənaye ənənələri ilə
yanaşı, ticarət, logistika və xidmət kimi sahələrdə də geniş
potensiala malik olduğu qeyd edilib. Bildirilib ki, Şirvanda, eləcə
də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlar KOB
dostlarına müraciət edərək biznesin qurulması və mövcud fəaliyyətin
genişləndirilməsi üçün informasiya, məsləhət, əlaqələndirmə və
digər istiqamətlərdə dəstək ala bilərlər.




Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, qaldırılan
məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlarla müəssisə
tikintisi üçün torpaq sahəsinin ayrılması, istixana təsərrüfatının
kommunal xidmətlərə qoşulması, güzəştli kreditlərin verilməsi və s.
istiqamətlərdə müzakirələr aparılıb, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Şirvanda fiziki şəxs Seyidzaman
Səmədovun tikiş sexinin və Hacıqabulda “Teodoro” MMC-nin dam
örtükləri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub,
sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi
aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir