Gələn ilin aprelindən Azərbaycanda elektron siqaretlərin satışı və istifadəsi qadağan ediləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı,
saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi
siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət
komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün
məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların
komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və
pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Həmçinin, nikotin tərkibli elektron siqaretlər
də tütün məmulatı hesab ediləcək.




Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni
anlayışların da daxil edilməsi təklif olunur:

  • Qızdırılan tütün məmulatı – tütündən (tütün
    qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün
    komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ
    gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun
    tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə
    tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret
    hesab edilməyəcək
    .
  • Elektron siqaret – qida məhsulları, tütün
    məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla,
    nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs
    yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və
    müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu
    olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə
    tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya
    bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə
    təkrar doldurula biləcək
    .

Qanunun 2026-ci il aprelin 1-dən qüvvəyə
minməsi nəzərdə tutulur. Layihənin ilkin versiyasında Qanunun
2026-ci il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə
tutulurdu.

Qanun layihəsi səsverməyə qoyularaq ikinci
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir