İsrail Hizbullahın “Rizvan” qüvvələrinin təsisatlarına zərbələr endirib

Baş səhifə

İsrail ordusu Hizbullahın elit bölməsi olan “Rizvan” qüvvələrinin təlim kompleksinə zərbələr endirib.

APA İsrail ordusuna istinadən xəbər verir ki, Hizbullah qüvvələri sözügedən kompleksdə müxtəlif silahlardan istifadə etməyi öyrənərək İsrailə qarşı hücumlar həyata keçirib.

Qruplaşmaya məxsus bir neçə silah anbarı da vurulub.

İsrail ordusu bu cür təsisatların mövcudluğunun Livanla əldə olunmuş razılaşmalara zidd olduğunu vurğulayıb və gələcəkdə də bu tip əməliyyatlar keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir