
Bakı. Trend:
Mədəni sərvətləri qəsdən korlama və ya məhvetməyə görə dəymiş
ziyanın iki misli miqdarında cərimə və iki ilədək azadlıqdan
məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Nəzərə alsaq ki, fiks və sabit rəqəmlərdən istifadə olunmayacaq,
məqsədə uyğun olaradı ki, burada məbləğlə bağlı minimal hədd
müəyyənləşdirilsin.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü
plenar iclasında Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi,
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və
“Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili 4 min manatdan az olmamaq şərtilə dəymiş ziyanın
iki mislindən az olmamaq şərtilə və 3 mislindən çox olmamaq şərtilə
cərimə məbləği müəyyənləşdirilməsini təklif edib:
“Çünki bəzi hallarda dəymiş ziyanın məbləği böyük rəqəmlə ifadə
olunmaya bilər. Nəticədə onun iki misli cərimə baxımdan kiçik
rəqəmlə ifadə olunar. O baxımdan məqsədə uyğun olardı ki, burada
minimum məbləğ müəyyənləşsin. Əgər dəymiş ziyanın məbləği minimum
məbləğdən az olursa, o halda minimum məbləğ götürməklə cərimələrin
hesablanması mümkün ola bilər”.
Millət vəkili bildirib ki, layihədə mədəni sərvətlərin
ehtiyatsızlıq səbəbindən məhv olması halı baş verərsə, dəymiş
ziyan, cərimə və cəzalar nəzərdə tutulub. Qəsdən ziyanın vurulması
nəzərdə tutulduğu üçün burada yeni bir maddənin əlavə olunması
məqsədə uyğun olar:
“Təklif edirəm ki, ehtiyatsızlıq səbəbindən mədəni-tarixi
abidələrinə dəymiş ziyan hesablanan zaman xeyli miqdarda dəymiş
ziyan məhvetmədən ayrılsın. Ehtiyatsızlıq səbəbindən yalnız
məhvetmə nəzərdə tutulur. Məqsədə uyğun olardı ki, həm də
ehtiyatsızlıq səbəbindən xeyli miqdarda ziyan vurulması nəzərdə
tutulsun ki, bu da praktik olaraq iki maddənin qanun layihəsinə
gətirlməsinə və qanun layihəsində bu ziyanların həm cərimə, həm
cəza baxımından fərqləndirilməsinə gətirib çıxara bilər. Cərimələrə
müəyyənləşdirilən zaman ziyanın iki misli, ehtiyatsızlıq səbəbindən
məhvetmə zamanı da iki misli miqdarında cərimə tətbiq olunur.
Bunlar da fərqləndirilməlidir”.

