Bakıda 1 saylı körpələr evində Yeni il şənliyi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda 1 saylı körpələr evində Yeni il münasibətilə bayram
şənliyi təşkil olunub.

Trend xəbər
verir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyət
göstərən müəssisədə baş tutub.

Şənlik zamanı körpələr müxtəlif rəqs nömrələri və səhnəciklər
nümayiş etdiriblər.

Bayram proqramında Şaxta baba və Qar qız da iştirak ediblər.
Tədbirin sonunda uşaqlara Yeni il hədiyyələri paylanılıb.

Körpələr evinin baş həkimi Dürdanə Budaqova tədbirdə çıxışı
zamanı qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evlərinin
fəaliyyətini hər zaman diqqət və qayğı mərkəzində saxlayırlar.




Onun sözlərinə görə, göstərilən bu davamlı dəstək körpələr
evlərində görülən işlərin keyfiyyətinin daha da yüksəlməsində mühüm
rol oynayır.

Baş həkim qeyd edib ki, körpələr evində çalışan kollektiv
üzvləri üzərlərinə düşən məsuliyyəti dərindən anlayır və peşə
vəzifələrini böyük sədaqət və fədakarlıqla icra edirlər.

Baş həkim həmçinin bildirib ki, Prezident İlham Əliyevin müvafiq
sərəncamına əsasən 1 saylı körpələr evində çalışan əməkdaşların
əməkhaqları 1,5–3 dəfə artırılıb. Onun sözlərinə görə, bu qərar
Prezident İlham Əliyevin sosial sahəyə, xüsusilə də uşaqlarla
çalışan mütəxəssislərin əməyinə verdiyi yüksək dəyərin bariz
nümunəsidir.

Baş həkim Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara körpələr
evinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə
edib.

Sonda Dürdanə Budaqova 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvlərini
və körpələri təbrik edərək, onlara sağlam və xoşbəxt gələcək
arzulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir