
Bakı. Trend:
Rusiyanın Krasnoyarsk şəhərində hüquq mühafizə orqanları baxış
keçirdikləri mənzildən ana və onun övladının mumyasını
aşkarlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, çürümüş meyiti aşkarlanmış qadın şəhər
bağçalarının birində çalışıb. Onun övladı uzun müddət bağçaya
gəlmədiyindən, müəllimlər uşağın aqibəti ilə maraqlanmağa
başlayıblar.
Polis əməkdaşları mənzilə qonşuların şikayətlərindən sonra daxil
olub. Onlar həmin mənzilin divarının donmasından gileylənib. Məlum
olub ki, buna səbəb həmin mənzildə pəncərənin açıq qalması olub.
Oradan qadının və övladının quruyaraq mumya halına gəlmiş
meyitlərini aşkarlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Ölümün səbəbləri barədə məlumat
verilmir.

