
Bakı.Trend:
Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan
uzaqlaşdırılıb.
Trend xəbər
verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Region Liqasında iştirak edən “Naxçıvan” klubunun
baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması
üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç)
il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə
qadağa qoyulub.
Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar
Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş
sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola
aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Bundan əlavə, Region Liqasında iştirak edən “Baku TFK”nın icraçı
direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim
olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun
1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması
qadağan olunub.

