
Bakı. Trend
Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli
qarşılıqlı dialoq əsnasında davam etdirilib.
Trend xəbər
verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin
yekunlarına həsr edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, həmçinin il ərzində Çin və Vyetnamla
münasibətlər yeni mərhələyə yüksəlib.
“Yaxın Şərqdə və Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın
diplomatik təmasları davam etdirilib. Bundan başqa, 2025-ci ildə
Tailand və Omanda səfirliklərin rəsmi açılışları olub”, – nazir
əlavə edib.
Nazir xatırladıb ki, 13 illik fasilədən sonra Suriyada
səfirliyin fəaliyyəti bərpa edilib. Bəhreyndə səfirliyin açılmasına
dair qanun qəbul edilib.

