Azərbaycan ilə BMT enerji səmərəliliyini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və BMT ilə “yaşıl enerji”, ədalətli enerji keçidi və
enerji səmərəliliyi, “Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Azərbaycan
üçün Yol Xəritəsi”nin hazırlanmasını müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov
“X” hesabında paylaşım edib.




“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka
Andreyeva ilə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə
əlaqədar görüşdük. “Yaşıl enerji”, ədalətli enerji keçidi və enerji
səmərəliliyi, “Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Azərbaycan üçün Yol
Xəritəsi”nin hazırlanması, eləcə də gələn ilin aprelində Bakıda
keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası ilə bağlı
fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir