
Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması
regionda yeni geosiyasi reallıqlar formalaşmasına imkan verir.
Trend xəbər verir ki, bunu bu gün xarici işlər
naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat
konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın Naxçıvanla yeni maneəsiz
bağlantının təmin edilməsi ilə bağlı razılaşma əldə edilib.
“Bu layihə regionda nəqliyyat və ticarət imkanlarını
genişləndirəcək. Sülh sazişinə əsasən Ermənistan konstitusiyasında
Azərbaycan ərazilərinə iddia və mövcud öhdəliklərin tam icrası da
mühüm əhəmiyyət kəsb edir”, – deyə nazir qeyd edib.

