Qazaxıstanda Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı layihənin hansı tarixdə işə salınacağı açıqlanıb

Baş səhifə

Astana. Trend:

Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini
nəzərdə tutan “Transxəzər FORX” (Transxəzər Fiber-Optik Rabitə
Xətti) layihəsinin icrasına 2026-cı ilin üçüncü rübündə başlanması
planlaşdırılır.

Trend xəbər verir
ki, bu barədə jurnalistlərə Qazaxıstanın Baş nazirinin müavini –
İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf naziri Jaslan
Madiyev məlumat verib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi siqnal
gecikməsini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ölkələr
arasında internet tranzitinin yaxşılaşmasına imkan verəcək. Madiyev
həmçinin qeyd edib ki, artıq bu gün xarici dövlətlərdən internet
trafikin ötürülməsi məqsədilə xəttə qoşulmaq üçün müraciətlər daxil
olur.




Xatırladaq ki, 2023-cü ildə “AzerTelecom” və “Kazaxtelekom”
şirkətləri Xəzərin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə
Trans-Xəzər optik lifli rabitə xəttinin inşası və istismarı üçün
birgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.

Bu xətt gələcəkdə Avropa və Asiya arasında yeni rəqəmsal
telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal
İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir