
Bakı.Trend:
UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən
İnformasiya-Analitik Bülleten hazırlanaraq elmi ictimaiyyətə
təqdim olunub.
Elektron bülleten elmi-pedaqoji heyət, magistr və doktorantlar,
eləcə də yerli və xarici ekspertlər üçün nəzərdə tutulmuş etibarlı
analitik platformadır. Burada ölkədə və dünyada baş verən, eləcə də
yaxın gələcəkdə gözlənilən strateji dəyişikliklər elmi yanaşma
əsasında təhlil olunub, mühüm iqtisadi və sosial proseslərə aydın
və əsaslandırılmış baxış təqdim edilib.
Bu dəfəki buraxılış müasir dövrün əsas gündəmini formalaşdıran
mövzulara fokuslanıb. Süni intellekt və ChatGPT-nin ali təhsildə
rolu, məhsuldarlığı artıran yeni rəqəmsal alətlər, data elminin
gələcək inkişaf istiqamətləri, generativ süni intellektin təhsil
sisteminə təsiri bülletenin əsas mövzuları sırasındadır.
Oxucular eyni zamanda demoqrafik trendlər, şəhər trafikinin
qlobal reytinqləri, Azərbaycanda yaşayış xərcləri, elmdə buraxılmış
səhvlərin texnoloji inkişaflara necə təsir göstərməsi kimi mövzular
üzrə analitik materiallarla tanış ola bilərlər.
Bülletendə Azərbaycan elminin görkəmli siması, akademik Yusif
Məmmədəliyevin 120 illiyinə həsr olunmuş geniş məqalə də yer alıb.
Məqalədə alimin elmi irsi və Azərbaycan elminə verdiyi töhfələr
müasir kontekstdə təqdim olunur.
UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun
İnformasiya-Analitik Bülleteni aktual elmi yanaşmalar əsasında
formalaşdırılmış dərin təhlillərlə oxucular üçün dəyərli istinad
mənbəyi kimi çıxış edir.
https://unec.edu.az/application/uploads/2025/12/Bulleten-N2_2025-1-1.pdf

