Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin
müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət
xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Trend xəbər verir
ki, mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib,
xoş arzularını çatdırıb.

Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə
mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin
fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin
davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul
verir.

Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli “Əmək”, Xalq
şairi Vahid Əzizə “Şərəf” ordenləri, rəssam-animator Gülşən
Quliyevaya isə “Tərəqqi” medalı təqdim olunub.




Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən
Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum
İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya
yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları
təqdim edilib.

Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət
verildiyinə görə minnətdarlıq ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir