Paris metrosunda bıçaqlı hücum –  üç qadın yaraladı

Baş səhifə

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15 ilə 16:45 arasında qeydə alınıb.

Modern.az xəbər verir ki, metro rəsmilərinin təsdiqlədiyi məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, ardınca “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların həyatına təhlükə yoxdur.

Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.

Hadisədən sonra metro xəttində təhlükəsizliyi təmin etmək üçün əlavə mühafizə qüvvələri cəlb edilib. Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini müəyyənləşdirməyə çalışır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir