Gümüşün fyuçers qiyməti rekord səviyyəyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Nyu-York Ticarət Birjasının Comex bölməsində 2026-cı ilin mart
ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troya unsiyası
üçün 78 dolları keçərək yeni rekord səviyyəyə çatıb.

Trend xəbər verir
ki, ticarət platformasının məlumatlarına görə, Bakı vaxtı ilə saat
23:17-yə qiymətli metalın qiyməti 8,86% artaraq troy unsiyası üçün
78,035 dollar olub.




Bakı vaxtı ilə saat 23:30-a qədər gümüşün qiyməti troya unsiyası
üçün 77,87 dollara düşüb, buna baxmayaraq 8,63% artım hələ də
qalmaqdadır. Eyni zamanda, Comex birjasında 2026-cı ilin fevral ayı
üçün çatdırılma nəzərdə tutulan qızıl fyuçersləri troy unsiyası
üçün 4561,30 dollar səviyyəsində olub ki, bu da 1,11% artım
deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir