Bakıdan Qahirəyə ilk çarter reysi ilə 85 sərnişin gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk
çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə
Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə
qarşılanma mərasimi keçirilib.

Trend Misir
mediasına istinadla xəbər verir ki, J25042 nömrəli Bakı-Qahirə
reysində 85 sərnişin gəlib.

Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə
olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə
Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.




Qahirə Hava Limanında Azərbaycanın milli aviadaşıyıcısının
əməliyyat və yerüstü xidmətlərini “Global Aviation Services”
şirkəti həyata keçirəcək.

Uçuşu AZAL-ın Qahirədə təmsilçisi Məhəmməd əl-Zaim və Qahirə
Hava Limanı Şirkətinin ictimaiyyətlə əlaqələr və media
departamentinin əməkdaşları qarşılayıblar. Sərnişinlərə lazımi
şərait yaradılıb.

Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlər
Nazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi,
müvafiq dövlət qurumları ilə AZAL-ın peşəkar tərəfdaşlığı sayəsində
mümkün olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir