BMT Baş katibi Suriyada məsciddə törədilmiş terror aktını pisləyib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın Homs şəhərindəki
Əli ibn Əbi Talib məscidində cümə namazı zamanı baş vermiş terror
aktını qətiyyətlə pisləyib.

Trend xəbər verir
ki, Quterreş mülki şəxslərə və ibadət yerlərinə hücumların
qəbuledilməz olduğunu bildirib, həlak olanların ailələrinə
başsağlığı verib və yaralılara şəfa diləyib.




Qeyd olunur ki, Suriyanın Homs şəhərindəki İmam Əli məscidində
cümə günü baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 18 nəfər
yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir