Tramp tezliklə Putinlə danışacağını bildirib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə danışmağa ümid etdiyini və yaxşı bir söhbət gözlədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Politico”ya verdiyi müsahibədə danışıb.

Tramp həmçinin bu həftə sonu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi gözlədiyini bildirib.

“Düşünürəm ki, onunla (Zelenski ilə) hər şey yaxşı olacaq. Düşünürəm ki, Putinlə hər şey yaxşı olacaq”, – Tramp bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir