
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti
Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Trend xəbər verir
ki, bu barədə Donald Tramp “Politico” nəşrinə müsahibəsində
danışıb.
Amerika lideri söhbətin dəqiq vaxtını açıqlamayıb və Putinlə
istədiyi zaman əlaqə saxlayacağını vurğulayıb.
Donald Tramp, həmçinin bazar günü Ukrayna Prezidenti Volodimir
Zelenski ilə məhsuldar görüş gözlədiyini qeyd edib.
“Mən düşünürəm ki, Zelenski ilə hər şey yaxşı olacaq. Məncə,
Putinlə də hər şey yaxşı olacaq”, – deyə Ağ Evin rəhbəri
bildirib.
Rusiya-Ukrayna müharibəsinə son qoyulması perspektivlərinə
toxunan Tramp “Politico”nun yazdığına görə, Zelenskinin
təkliflərinə soyuqqanlı münasibət sərgiləyib: “Mən təsdiqləməyənə
qədər onun heç nəyi olmayacaq. Gəlin görək onun nələri var”.

