Daxili işlər naziri Qubada vətəndaş qəbulu və sıra baxışı keçirəcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il
yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis
orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan
gənclərin sıra baxışını keçirəcək.

Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.

Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq
qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının
sakinləri iştirak edə bilərlər.




Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə
aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları
ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi,
e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial
şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan
namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni
yanvarın 6-da 08:00-da Quba Olimpiya İdman Kompleksində
keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət
vəsiqəsi tələb olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir