Gürcüstandan Ermənistan və Türkiyəyə avtomobil yolu ilə yükdaşımalar dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın İnfrastruktur Nazirliyinin müvafiq departamenti
güclü qar yağması səbəbindən Ermənistanla sərhədə aparan
Axaltsixe-Ninotsminda avtomobil yolunda qoşqulu və yarımqoşqulu
nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması barədə
qərar qəbul edib.

Trend bu barədə
qurumun mətbuat xidmətinə istinadən xəbər verir.




Məlumata görə, intensiv qar yağması və aşağı temperaturla
əlaqədar beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil
yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin
hərəkəti müvəqqəti məhdudlaşdırılıb, digər növ nəqliyyat
vasitələrinin hərəkətinə isə icazə verilir.

Bundan əlavə, Türkiyə ilə sərhədə aparan Axalkalaki-Kartsaxi
avtomobil yolunda da qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələrinin hərəkəti qadağan olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir