Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 26-da Rusiya Federasiyasının Dağıstan Respublikasının
Məhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində Samur transsərhəd
çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə
Komissiyasının 28-ci iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan–Rusiya Birgə Komissiyasının
Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarə
Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən
həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi
rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.




İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər
Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak
ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında
bölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə
istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək
tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir