Alimlər yenidoğulmuşların sağlamlığının monitorinqində inqilabi yeniliyə imza atıblar

Baş səhifə

Bakı. Trend:

Alimlər yenidoğulmuş körpələrin sağlamlığının monitorinqində
inqilab yaradacaq kəşfə imza atıblar.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, yenidoğulmuş, xüsusilə vaxtından
əvvəl doğulan körpələrin bədən istiliyini davamlı və invaziv
olmayan şəkildə izləmək üçün innovativ geyilə bilən temperatur
jileti hazırlanıb. Bu cihaz “MXene” materiallarına və inteqrasiya
olunmuş termoelektrik soyutma texnologiyasına əsaslanır.




Yeni jilet körpələrin istilik anomaliyalarını vaxtında
aşkarlayaraq təhlükəli dəyişikliklərin qarşısını almaq üçün
saniyələr içində soyutma mexanizmini işə salır. Bu kəşfin
yenidoğulmuşların reanimasiya şöbələrində inqilabi yardım
yaradacağı gözlənilir.

Bundan əlavə, cihazın modul dizaynı ürək döyüntüsü, hidratasiya
və biokimyəvi markerlər kimi əlavə sensorlarla inteqrasiya imkanı
verir. Gələcəkdə bu texnologiya yalnız körpələr üçün deyil, həm də
yetkin insanlarda sağlamlıq monitorinqi, idman təbabəti və
ekstremal şəraitlərdə istifadə üçün də geniş tətbiq sahəsi vəd
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir