Aşağı və orta gəlirli ölkələrin təhsil sistemində süni intellektin təsiri araşdırılıb

Baş səhifə

Bakı. Trend:

Aşağı və orta gəlirli ölkələrin təhsil sistemlərində süni
intellektin transformativ potensialı araşdırılıb. Süni intellektin
təhsil sistemində tətbiqi şagird nəticələrinə ciddi töhfələr
verdiyi məlum olub.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Təhsil
İcmalı 2025-də əks olunub.

Hesabata görə, Hindistanda generativ süni intellekt (GenSİ)
əsasında hazırlanmış dərs planlarının tətbiqi qısa müddət ərzində
şagirdlərin karyeraməlumatlılığında əhəmiyyətli müsbət
dəyişikliklər yaradıb. Qanadakı 1035 şagirdi əhatə edən pilot
tədqiqatda süni intellect əsaslı tyutor sistemi riyaziyyat fənni
üzrə nəticələrin yaxşılaşmasına səbəb olub. Bu təsir xüsusilə zəif
nəticə göstərən uşaqlar şagirdlər arasında daha aydın müşahidə
olunub.




Braziliyada 178 məktəbdə tətbiq edilən süni intellekt dəstəkli
yazı qiymətləndirmə sistemi şagirdlərin yazı bacarıqlarında 32%
artıma səbəb olub. Nigeriyanın EdoGenSİ-nin altı həftəlik tətbiqi
nəticəsində əhəmiyyətli irəliləyiş qeydə alınıb.

Qeyd edək ki, hesabatda süni intellekt alətlərinin təhsildə
istifadəsi üç əsas kateqoriya üzrə təsnif edilir: Şagirdyönümlü
fərdiləşdirilmiş öyrənmə; müəllimyönümlü tədris dəstəyi; idarəetmə
və sistem səviyyəli dəstək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir