
Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi
üzrə biznes kredit portfeli 1,890 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 96,9 milyon manat və ya 5,4%, ötən ilin eyni dövrünə
nisbətən isə 409,6 milyon manat 27,7% artıb.
Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş
biznes kreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 1,794 miyard
manat, ötən ilin dekabrın 1-nə isə 1,481 milyard manat təşkil
etmişdi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların
kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard
manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53.2%
(15,805 milyard manat), istehlak kreditlәri 31.4% (9,319 milyard
manat) vә ipoteka kreditlәri 15.4% (4,562 milyard manat) təşkil
edib.

