Yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Danimarkaya
ümumilikdə 49,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilmiş 88,2 min ton xam neft və neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycandan Danimarkaya neft ixrac
olunmayıb.




Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan
dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və
neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi
dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir