Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb

Baş səhifə

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir