Azərbaycandan Boqlarıstana ixrac olunan neftin həcmi 2 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana
92,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş
169,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 46,3 milyon ABŞ dolları və ya 2 dəfə artıb, həcm
baxımından isə 88,6 min ton və ya 2,1 dəfə azalıb.




Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Bolqarıstana 46
milyon ABŞ dolları həcmində 80,9 min ton neft və neft məhsulları
ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir