Biləsuvarda toy karvanında ağır qəza, ölənlər var

Baş səhifə

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan “Lexsus” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, nəqliyyat vasitəsinə 6 nəfər qadın olub.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir