ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı
məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni
yerləşdirilib.

Trend xəbər verir ki, mətndə
göstərilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən
bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb,
müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Qeyd
olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu
açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü
Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə
təsbit olunub.

Bu baxımdan qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının
907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə
ilə əlaqəli bənd çıxarılır.

Qanun layihəsi Nümayəndələr Palatasının Demokratlar
Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da
Konqresə təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir