
Bakı. Trend:
Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının
klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta”
əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş
olunub.
Trend xəbər verir ki,
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva
iştirak ediblər.
Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki
anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik
ifadə vasitələri ilə təqdim edib.
“Romeo və Cülyetta”da obrazları Əməkdar artistlər Bəhruz
Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə,
Nuridə Musabəyli və digərləri canlandırıblar.
Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova
məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.
Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də
diqqət çəkib.
Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik
dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş
yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.

