
Bakı. Trend:
Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə
olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları
gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol hərəkətinin
təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik
göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz
şəkildə həyata keçirirlər.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
“Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan
hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən
lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə
təşkil edilən fasiləsiz xidmət davam etdirilir”, – məlumatda qeyd
edilib.

