Polşa PUA-lara qarşı müdafiə sistemi yaradacaq

Baş səhifə

Bakı. Trend:

Polşa iki il ərzində ölkənin şərq sərhədində pilotsuz uçuş
aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa
çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “The
Guardian” qəzetinə verdiyi müsahibədə bildirib.

“Sistemin ilkin imkanlarından təxminən altı ay ərzində, bəlkə də
daha tez istifadə edə biləcəyimizi gözləyirik. Sistemin tam şəkildə
istifadəyə verilməsi isə 24 ay çəkəcək”, – deyə o qeyd edib.




Tomçikin sözlərinə görə, yeni hava hücumundan müdafiə sistemləri
on il əvvəl inşa edilmiş mövcud müdafiə xəttinə inteqrasiya
olunacaq. O bildirib ki, bu müdafiə xətti çoxqatlı olacaq və
pulemyotlar, artilleriya qurğuları, raketlər, eləcə də dronlara
qarşı radioelektron maneə sistemləri kimi müxtəlif müdafiə
vasitələrini əhatə edəcək.

Qəzetin mənbələrinə istinadən verdiyi məlumata görə, layihənin
dəyəri təxminən 2 milyard avro təşkil edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir