Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Dekabrın 28-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 28-i
saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində
yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin
maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və
Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək
güclənir.

Yağan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14,
Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş
(Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3,
Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və
Qubadlıda 1 sm -dir.




Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz,
Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.

Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba,
Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6
dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1,
dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir