
Bakı. Trend:
Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə
olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis
əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər
görülür, fasiləsiz xidmət davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında
gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları
tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin
təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı
digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və
buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz
səpilir.
Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil
başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik
reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər
göstərilir.
Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.

