
Bakı. Trend:
“ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski ilə Avropa
liderləri arasında videokonfrans vasitəsilə baş tutan bir saatlıq
görüş təhlükəsizlik zəmanətlərinə yönəldi və yaxşı irəliləyiş əldə
edildi”.
Trend xəbər verir
ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula fon der
Leyen danışıqlardan sonra öz “X” hesabında yazıb.
“Prezident Tramp və Zelenski ilə bir saat davam edən yaxşı
söhbətimiz oldu. Bir neçə Avropa lideri orada iştirak etdi və
gələcək sülh danışıqlarını müzakirə etdi. Yaxşı irəliləyiş əldə
edilib. Avropa bunu möhkəmləndirmək üçün tərəfdaşları ilə işləməyə
hazırdır”, – deyə Avropa Komissiyasının prezidenti qeyd edib.

