Tailand iş adamı 1 210 il həbs cəzasına məhkum edilib

Baş səhifə

Bakı. Trend:

Tailand məhkəməsi maliyyə fırıldaqçılığına görə ölkə tarixində
ən ağır cəzalardan birini verərək tanınmış iş adamı Prasid Cevkoku
12 əsrdən çox müddətə həbsə məhkum edib.

Trend xəbər verir
ki, Banqkok məhkəməsi Cevkoku irimiqyaslı saxta kredit-investisiya
sxemləri təşkil etməkdə təqsirli bilib və onu 1 210 il həbs
cəzasına layiq görüb.




Lakin Tailand qanunvericiliyinə əsasən, həqiqi həbs müddəti
maksimum 20 il olacaq.

Qeyd olunur ki, bu, Cevkok barədə çıxarılan ilk məhkumluq qərarı
deyil. 2023-cü ilin iyul ayında məhkəmə onu başqa bir fırıldaqçılıq
işi üzrə 1 155 il həbs cəzasına məhkum etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir