Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb

Baş səhifə

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında baş verən atışmada yeddi polis əməkdaşı yaralanıb.

Bursadan göndərilən xüsusi təyinatlı polis dəstələrinin dəstəyi ilə əməliyyatın davam etdiyi bildirilir.

Yaralanan polislərin vəziyyəti yaxşıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir