Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırılıb

Baş səhifə

Bakı.Trend:

Kəsişmədə yaranan qəza şəraiti aradan qaldırılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.




Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli
küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat
vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin
edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada
svetoforları quraşdırılaraq istifadəyə verilib.

Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət
aradan qaldırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir