Ötən həftə 175 yanğına çıxış olub – FHN

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən həftə ərzində 175 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə
qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.




Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ötən həftə ərzində 12-si azyaşlı olmaqla 63 nəfər xilas edilib, 21
nəfər təxliyə olunub, 12 nəfər xəsarət alıb, hadisələr zamanı 7
nəfər həyatını itirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir