
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa
şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların
avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması
səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik
avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq
köməklik göstərilib.

