“Uzbekneftqaz” və SOCAR Üstyurtda aparılan geoloji-kəşfiyyat işlərinin gedişatını müzakirə edib

Baş səhifə

Daşkənd. Trend:

“Uzbekneftqaz” SC SOCAR şirkəti ilə Məhsul Bölgüsü Sazişi (MBS)
çərçivəsində Üstyurt regionunun investisiya bloklarında aparılan
geoloji-kəşfiyyat işlərinin gedişini müzakirə ediblər.

Trend bu barədə
“Uzbekneftqaz” SC-yə istinadən məlumat verir.

Məsələ “Uzbekneftqaz” SC-nin İdarə Heyətinin sədri Akmal
Sənginov və SOCAR-ın vitse-prezidenti Arzu Cavadovaa arasındakı
işgüzar görüş zamanı müzakirə olunub.

Tərəflər, həmçinin karbohidrogenlərin hasilatı üzrə layihənin
növbəti icra mərhələsini nəzərdən keçiriblər.




Hər iki şirkətin rəhbərliyi birgə layihənin icrası çərçivəsində
əldə olunan nəticələri müsbət qiymətləndirərək, qarşıya qoyulan
tapşırıqların vaxtında yerinə yetirildiyini qeyd edib.

Bildirilib ki, seysmik tədqiqatlar çərçivəsində regionda ilk
dəfə olaraq müasir texnologiyalar geniş miqyasda tətbiq olunur.
İstifadə edilən həllərin bəziləri Üstyurt ərazisi üçün unikal
xarakter daşıyır. Bu yanaşma geoloji-kəşfiyyat işlərinin
sürətləndirilməsinə, əldə edilən geofiziki məlumatların
keyfiyyətinin və dəqiqliyinin artırılmasına, eləcə də Özbəkistanın
neft-qaz sənayesində yeni texnoloji imkanların və qabaqcıl
standartların formalaşmasına töhfə verir.

Görüşün yekununda tərəflər layihənin növbəti mərhələlərinin
əlaqələndirilməsi və planlaşdırılan tədbirlərin səmərəli icrasının
təmin edilməsi barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir