Plastik qablardan su içmək sağlamlığa zərərlidir? Yeni araşdırma

Baş səhifə

Bakı. Trend:

Gündəlik olaraq qablaşdırılmış (plastik butulka) su içən
insanlar kran suyundan istifadə edənlərlə müqayisədə ildə 90 mindən
çox əlavə mikroplastik zərrəcik qəbul etmiş olurlar.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir nəticəyə Kanadanın müvafiq
araşdırma aparan Konkordia Universitetinin tədqiqatçıları
gəliblər.

Tədqiqatçıların bildirdiyinə görə, plastik butulkalar istehsal,
saxlanma və daşınma prosesləri zamanı, həmçinin günəş işığına və
temperatur dəyişmələrinə məruz qaldıqda parçalanaraq
mikroplastiklər buraxır. Alimlər xəbərdarlıq edirlər ki, bu
hissəciklərin qəbulunun sağlamlıq üçün ağır nəticələri ola
bilər.




İcmalda həmçinin qeyd olunur ki, insanlar il ərzində orta
hesabla ölçüləri millimetrin mində birindən beş millimetrədək
dəyişən 39 000–52 000 mikroplastik zərrəciyi udurlar.

“Journal of Hazardous Materials” jurnalında dərc olunan yeni
icmalın aparıcı müəllifi Sara Sacedinin sözlərinə görə, fövqəladə
hallarda plastik butulkadan su içmək məqbul olsa da, bunu gündəlik
vərdiş halına gətirmək yolverilməzdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir