Şimali Koreya uzaqmənzilli qanadlı raketləri sınaqdan keçirib

Baş səhifə

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası dekabrın 29-da ölkə lideri
Kim Çen Inın müşahidəsi altında dəniz istitqamətində uzaq mənzilli
qanadlı raketlərin buraxılışını həyata keçirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Şimali Koreya lideri sınaq buraxılışlarından tam razılıq ifadə
edərək, bunun xarici təhdidlərə qarşı özünümüdafiə hüququndan
istifadənin təlimi olduğunu vurğulayıb.




Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raketlərin
Şimali Koreyanın paytaxt bölgəsindən buraxıldığını təsdiqləyib və
ABŞ ilə birlikdə mümkün təxribatların qarşısını almağa hazır
olduqlarını bəyan edib.

BMT Təhlükəsizlik Şurasının qətnamələri ballistik raket
sınaqlarını qadağan etsə də, qanadlı raket sınaqlarına icazə
verilir, lakin yüksək manevr qabiliyyətinə görə təhlükəli hesab
edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir