Rusiyada məcburi andiçmə üçün yaş həddi 14-ə endirilib

Baş səhifə

Bakı. Trend:

Rusiyada Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 14
yaşından etibarən andiçmə mükəlləfiyyəti barədə qanunu
imzalayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyanın dərc olunmuş
hüquqi aktlar portalına yerləşdirilib.

Dəyişiklik sənədin ictimailəşməsindən 10 gün sonra qüvvəyə minir
və “Rusiya Federasiyası vətəndaşı haqqında” qanuna müvafiq
düzəlişlər artıq edilib.




Qanuna görə, Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunan
şəxslər and içməlidirlər. Lakin 18 yaşına çatmayan şəxslər bu
öhdəlikdən azad edilirdi , o cümlədən, . İndi isə and içmə tələbi
14 yaşdan etibarən tətbiq olunacaq.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, xarici
vətəndaşlar Rusiya vətəndaşlığını əvvəlki dövrlərlə müqayisədə daha
az alırlar. Qurumun bildirdiyinə əsasən, cari ilin doqquz ayı
ərzində 110,8 min nəfər Rusiya Federasiyasının vətəndaşı olub ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz azdır. DİN bu
azalmanı Rusiya vətəndaşlığının verilməsi zamanı nəzarətin
sərtləşdirilməsi ilə əlaqələndirib.

Ən çox Rusiya vətəndaşlığı alanlar Tacikistan, Qazaxıstan,
Ukrayna, Ermənistan və Özbəkistan sakinləri olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir