2022-2025-ci illərdə bu qədər şəxsin IELTS imtahanı üzrə xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb

Baş səhifə

Bakı.Trend:

Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının
IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarən
sistemli şəkildə həyata keçirilir.

Trend xəbər
verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.

Bildirilib ki, layihə ali təhsil müəssisələrində təhsilalanların
və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının
gücləndirilməsini, eyni zamanda onların beynəlxalq təhsil və
akademik imkanlara çıxışının genişləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində indiyədək 15 ali təhsil müəssisəsi ilə
əməkdaşlıq müqaviləsi imzalanıb. Son olaraq, Azərbaycan-Fransız
Universitetinin (UFAZ) bu təşəbbüsə qoşulması ilə tərəfdaşlıq
şəbəkəsi daha da genişləndirilib.




2025-ci il üzrə statistik göstəricilərə əsasən, 634 nəfər
müraciət edib. Müraciətçilərin 370 nəfəri kişi, 264 nəfəri qadın
olub. Təhsil pillələri üzrə bölgüdə bakalavriat səviyyəsində təhsil
alanlar (573 nəfər) üstünlük təşkil edir. Bununla yanaşı, 30
magistrant, 4 doktorant və 27 nəfər elmi-pedaqoji heyət üzvü
tərəfindən müraciət daxil olub.

2026-cı ildən etibarən layihədə iştirak üçün namizədlərin IELTS
imtahanından minimum 7.0 və daha yüksək bal əldə etmələri əsas şərt
kimi müəyyən olunub.

Layihənin icrasına başlanıldığı 2022-ci ildən bu günədək
ümumilikdə 1280 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilin
İnkişafı Fondu tərəfindən qarşılanıb. Bu nəticə layihənin ali
təhsil sistemində beynəlxalq standartlara uyğun xarici dil
kompetensiyalarının gücləndirilməsinə töhfə verdiyini nümayiş
etdirir.

Layihənin növbəti illərdə də universitetlərin elmi-pedaqoji
heyətinin və təhsilalanların akademik və beynəlxalq imkanlarının
genişləndirilməsi istiqamətində davam etdirilməsi nəzərdə
tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir