
Bakı.Trend:
Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı
ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən
şimal-qərb küləyi ilə əvəz olacaq
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 751 mm civə sütununda 761 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Gündüz
əsasən yağmursuz keçəcək. Gecə və səhər duman. Qərb küləyi bəzi
yerlərdə arabir güclənəcək.

