Perudakı zəlzələdə çox sayda insan yaralanıb

Baş səhifə

Bakı. Trend:

Bazar günü Peru sahillərində baş vermiş 6,2 bal gücündə zəlzələ
nəticəsində azı 25 nəfər yaralanıb.

Trend bu haqda
xarici KİV-ə istinadla məlumat verir.




Peru Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən
12-i hazırda xəstəxanada müalicə alır, 13-ü isə artıq evə
buraxılıb.

Qeyd edək ki, yeraltı təkanların episentri 700 min nəfərdən çox
əhalisi olan Truxilyo şəhərindən 94 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı ocaq isə 66 km dərinlikdə olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir